“İnter”in müdafiəçisi Denzel Dumfrisə qiymət qoyub.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik niderlandlı futbolçunu satmağa qərar verib. İtaliya klubu müdafiəçinin transfer qiymətini 25 milyon avro olaraq görür.
Dumfris 2021-ci ilin avqust ayından “İnter”də çıxış edir.
29 yaşlı futbolçu 2024/2025 mövsümündə A Seriyasında 29 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.