AZ

Fransada məhbuslar həbsxanadakı dözülməz vəziyyətlə bağlı məhkəməyə müraciət ediblər

Paris,1 avqust,AZƏRTAC

Fransanın Paris regionunda yerləşən “Bois-d’Arcy” istintaq təcridxanasında saxlanılan 20 məhbus inzibati məhkəməyə müraciət edib.

AZƏRTAC xəbər verir ki, onlar həbsxana şəraitinin dözülməz olmasından və orada zorakılıq hallarına yol verilməsindən şikayətçidirlər.

Bildirildiyinə görə, həbsxanada 500 nəfərlik yerə 1000 məhbus yerləşdirilir ki, bu da gərginliyi daha da artırır.

Məhbus Hüquqlarını Müdafiə Assosiasiyası və Beynəlxalq Həbsxanaları Müşahidə Təşkilatı şikayətçiləri dəstəkləyib.

Fransanın Ədliyyə Nazirliyi məhbusların tələblərinin sübut edilmədiyini bildirərək, məhkəmədən şikayətin rədd olunmasını istəyib.

“Bois-d'Arcy”in rəhbəri isə həbsxanada çətinliklərin olduğunu təsdiqləyib.

 

 

Seçilən
15
2
azertag.az

3Mənbələr