AZ

Avtomobil tarixində ən uğursuz dizayna malik 5 model - FOTO

Avtomobil dizaynı - estetik, funksionallıq və innovasiyanın balansıdır. Lakin bəzən bu balans pozulur və nəticədə elə modellər ortaya çıxır ki, alıcıları heyrətləndirmək əvəzinə, onları uzaqlaşdırır. 

Avtosfer.az xəbər verir ki, bu yazıda avtomobil sahəsində birmənalı qarşılanmayan, tənqid və istehza obyektinə çevrilmiş 5 model təqdim olunur.

1. Fiat Multipla (İtaliya)

Fiat

İstehsal: 1998-2004
Satış: 150-400 min ədəd

İki mərtəbəli qabaq hissəsi və çıxıntılı burnu ilə "Multipla" dünya avtomobil ictimaiyyətini şoka salmışdı. Şüşəsi geniş, forması isə qeyri-adi olan bu model bəzi texniki üstünlüklərinə baxmayaraq, əsasən görünüşünə görə tanınmışdı.

"Fiat Multipla" elə bil iki avtomobili üst-üstə park ediblər", deyə "Top Gear" aparıcısı Ceyms Mey bildirib.

2. "Nissan Cube" (Yaponiya)

Nissan

İstehsal: 1998-2019
Satış: təqribən 1 milyon ədəd

Bu modelin kubik forması və qeyri-simmetrik pəncərələri cəsarətli eksperiment idi. Lakin çoxları onu sadəcə "toster təkərlərdə" adlandırıb.
"Nissan Cube" tosterin təkərlərə mindirilmiş halıdır", "The Wall Street Journal"dan Den Nil bildirib.

3. "Citroen Ami" (Fransa)

Citroën

İstehsal: 1961–1978
Satış: 1,8 milyon ədəd

Uğurlu satış rəqəmlərinə baxmayaraq, bu avtomobil əsasən ucuzluğu ilə seçildi. Dizaynı isə çox vaxt yarımçıq hesab olunurdu.

"Citroen Ami" elə bil dizaynerlər işin yarısında imtina etdilər", deyə avtomobil tarixçisi Pol Horak bildirib

4. "Ford Edsel" (ABŞ)

Ford

İstehsal: 1958–1960
Satış: 110 min ədəd

"Ford Edsel"in ümumi forması dövrün “quru yelkənli yaxtası” stilinə uyğundur. Lakin qabaq barmaqlığı bir çoxlarının təəccübünə səbəb olmuşdu.

"Edsel"in barmaqlığı çevrilmiş unitaza bənzəyir", deyə "Ford"un sabiq prezidenti Li Yakokka bildirib.

5. "Tesla Cybertruck" (ABŞ)

Одна

İstehsal: 2023-cü ildən
Satış: təqribən 20 min ədəd

İlon Maskın təqdimatından bəri "Cybertruck" dizaynına dair mübahisələr bitmək bilmir. Hətta "Tesla"nın həmtəsisçisi Martin Eberhard belə onun dizaynını və qiymətini tənqid etmişdi.

"Tesla" bazarın ehtiyacı olan büdcə elektromobil layihəsini ləğv etdi. Bunun əvəzinə, zibil qabına bənzəyən bir pikap təqdim etdilər", deyə Martin Eberhard bildirib.(valyuta.az)

Seçilən
35
1
avtosfer.az

2Mənbələr