BAKI, 1 avqust. TELEQRAF
“Beş ildən sonra Rusiya Avropa üçün real təhlükəyə çevrilə bilər”.
Teleqraf xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Terri Burçard deyib.
Fransalı generalın fikrincə, Avropanın hərbi metodları inkişaf etməli və yeni şəraitə uyğunlaşmalıdır:
“Münaqişə baş verərsə, rus xalqı bizdən beş dəqiqə çox salamat qalacaq. Onun təcrübəsi, böyük sayı və dözümlülüyü rus ordusunu effektiv edir və buna görə də təhlükəlidir”.
Rusiyanın yaratdığı təhlükəni nəzərə alaraq, Burçard ABŞ-nin Avropanı tərk etməyəcəyinə inanır. General həmçinin Fransa, Böyük Britaniya və Almaniya arasında gələcəkdə təsir rıçaqına çevriləcək əlaqələrin inkişafına ümid edir.
“Son aylarda güclənən bu alyans NATO-nun Avropa sütununa çevrilə bilər”, - Baş Qərargah rəisi vurğulayıb.
Burçard etiraf edir ki, əgər Fransa həqiqətən də Rusiya tərəfindən təhdid olunarsa, söhbət adi silahlardan yox, nüvə ilə çəkindirməkdən gedəcək.