AZ

“Atlant” istirahət mərkəzində ciddi qanun pozuntuları aşkarlanıb – VİDEO

Redaksiyamıza daxil olan çoxsaylı şikayətlər əsasında aparılan araşdırma nəticəsində “Atlant” istirahət mərkəzində ciddi qanun pozuntuları aşkarlanıb.

Bakues.az xəbər verir ki, iddialara görə, hotelə yerləşmək istəyən müştərilərdən şəxsiyyət vəsiqəsi alınıb girov saxlanılır və yalnız otağı təhvil verəndən sonra qaytarılır. Bu isə mövcud qanunvericiliyin açıq pozuntusudur. Maraqlıdır ki, bu “təhlükəsizlik tədbiri” yalnız gecələyənlərə şamil edilir – gündüz hovuzdan istifadə edənlərə belə bir tələb qoyulmur.

Bundan başqa, araşdırmalar göstərib ki, istirahət mərkəzində təhlükəsizlik kameralarının çoxu işlək vəziyyətdə deyil, mətbəxdə yeməklər hələ də odun sobasında hazırlanır. Onlarla əməkdaş qeyri-rəsmi və ya qeydiyyatsız çalışır, əməkhaqları isə vergidən yayınmaq məqsədilə minimum məbləğlə rəsmiləşdirilir.

Əməkdaşın otelin qaynar xəttinə zəngi zamanı suallar cavabsız qalıb. Cavabdeh şəxs “qeyri‑iş saatıdır” bəhanəsi ilə açıqlama verməkdən imtina edib, lakin eyni vaxtda rezervasiya xidməti aktiv olub.

Bakues.az olaraq bildiririk ki, məsələ ilə bağlı aidiyyəti qurumların – DİN, AQTA və Vergilər Nazirliyinin müdaxiləsi gözlənilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Xüsusi tv)

https://bakues.az/public/uploads/2025/08/bakues_2333e5d4b4ea8a46a44d74208a0c704a_h7w8q6v1zpmgbnfa32ec.mp4

Seçilən
34
icma.az

1Mənbələr