BAKI, TurkicWorld
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türkiyə–İtaliya–Liviya Əməkdaşlıq Zirvəsi çərçivəsində İtaliyanın Baş naziri Giorgia Meloni və Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybeni qəbul edib.
TurkicWorld xəbər verir ki, İstanbulun Dolmabahçe Ofisində keçirilən Türkiyə, İtaliya və Liviya Əməkdaşlıq Zirvəsi öz işinə başlayıb.
Sammit çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni və Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybeni rəsmi mərasimlərlə qarşılayıb.
Qapalı keçirilən görüşlərdə regional əməkdaşlıq, enerji, infrastruktur və təhlükəsizlik məsələləri müzakirə olunub. Görüşlər zamanı Prezident Ərdoğanı xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edib.
Zirvənin bölgədə üçtərəfli əməkdaşlığın gücləndirilməsinə və xüsusilə Liviya böhranının diplomatik həllinə töhfə verməsi gözlənilir.