İsrailin Qəzzaya hava zərbələri zamanı bəziləri hələ adı belə qeydə alınmamış yeni doğulmuş körpələr həyatını itirib.
News365.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, hücumlar zamanı doqquz körpə doğulduqları gün həyatını itirib. Daha beş körpə isə bir günlük olarkən dünyadan köçüb.
Onlar 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumların ən kiçik və ən müdafiəsiz qurbanlarıdır. Bəzilərinin ömrü sadəcə bir nəfəs qədər oldu – nə doğum şəhadətnaməsi, nə ad, nə də yaşamaq şansı…
Bu fakt Qəzzada baş verən humanitar fəlakətin miqyasını bir daha göz önünə sərir – daha doğulmadan ölümlə üz-üzə qoyulan nəsillər…
News365.az