AZ

Almaniyada pivə istehsalı çökdü: Rusiya önə çıxdı

Almaniyada pivə satışı rekordların başladığı 1993-cü ildən bəri ən aşağı həddə düşüb.

Publika.az xəbər verir ki, bu barədə yerli statistika bürosunun hesabatında deyilir.

2025-ci ilin birinci yarısında ölkədə dörd milyard litr pivə satılıb. Bu, 2024-cü ilin ilk altı ayı ilə müqayisədə 262 milyon litr (6,3 faiz) azdır. Satışda sonuncu dəfə belə kəskin azalma 2023-cü ilin ikinci yarısında və 2020-ci ilin birinci yarısında, yəni koronavirus pandemiyası zamanı qeydə alınıb. Bundan başqa, xaricə pivə ixracı 7,1 faiz azalıb.

Bundan əvvəl Almaniyanın köpüklü içki istehsal edən beş ən böyük istehsalçıdan biri statusunu itirdiyi bildirilirdi. Əvvəllər Almaniya beşinci yerdə idisə, bu yer Rusiyaya verilib.

Seçilən
41
2
publika.az

10Mənbələr