AZ

Ədəbiyyat dərslərində mövzuların QR kodlu film variantları yerləşdirilsin

Son illər ədəbiyyat dərsliklərində ciddi dəyişikliklər edilməyib. Halbuki bugünkü şagirdlər artıq illər əvvəl yazılmış əsərlərlə eyni həvəslə maraqlanmır. Bəs 10 il sonra məktəblilər hansı mövzularda yazılmış hekayə və şeirləri oxumaq istəyəcəklər?

Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor Əlihüseyn Yaqubov AzEdu.az-a açıqlamasında bildirib ki, ara-sıra müasir dövrün yazıçıları ilə bağlı məlumatlar daxil olsa da, biz 10 ildən sonra üçün danışdığımıza görə 10 il sonrakı şagirdlər kimi düşünməyə cəhd etməliyik.

Əsərlər süni intellekt, robotlar və fərqli sevgi anlayışlarını əhatə etməlidir

"Artıq yeniyetmələr süni intellekt, yadplanetlilər, innovasiyalar, robotlar və nə qədər qəribə olsa da, fərqli sevgi mövzularında əsərləri oxumaq istəyirlər. İstənilən halda biz milli dəyərlərin, humanizmin əks olunduğu əsərləri mühafizə etməliyik.

Xüsusilə, orta məktəb kitablarına mövzuların film variantının QR simvolunu əlavə etməliyik. Ən əsası, əsərlərin oxunmasını istəyiriksə, qəbul planı ilə orta məktəb proqramı daha da yaxınlaşmalıdır. Nə qədər əsərin mənəvi yükünü izah etsək də, uşaqlar bəzən bunu artıq yük hesab edir və özlərinə yaxın qoymaq istəmirlər".

Seçilən
19
azedu.az

1Mənbələr