Zelenski və Starmer Ukraynanın müdafiəsini gücləndirməyi və Rusiyaya qarşı sanksiyaları müzakirə edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidentii Volodimir Zelenski Telegram kanalında yazıb.
Ukrayna prezidenti Zelenski Böyük Britaniyanın baş naziri Starmerlə telefon danışığı aparıb.
Tərəflər Ukraynanın müdafiəsinin gücləndirilməsini, o cümlədən ələ keçirən pilotsuz təyyarələrin istehsalının genişləndirilməsini və bu proqramlar üçün maliyyə mənbələrinin tapılmasını müzakirə ediblər.
Zelenski Rusiyaya sanksiya təzyiqinin effektivliyini vurğulayıb və onun daha da güclənəcəyinə əmin olduğunu bildirib.
ABŞ ilə fəaliyyətlərin koordinasiyası, o cümlədən prezident Trampla təmaslar, həmçinin gələcək sülh danışıqlarının mümkün formatları ayrıca müzakirə edilib.
Zelenskinin sözlərinə görə, Ukrayna beynəlxalq arenada aktiv diplomatik kampaniyaya hazırlaşır.
Xuraman Etibarlı
İnterpress.az