AZ

NASA və SpaceX "Crew-11" uçuşunu təxirə salıb

NASA və "SpaceX" tərəfindən həyata keçirilməsi planlaşdırılan "Crew-11" kosmik uçuşu təxirə salınıb.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 iyulda NASA-nın Kennedi Kosmik Mərkəzindən həyata keçirilməli olan buraxılış təhlükəsizlik standartlarının pozulması səbəbilə bir neçə dəqiqə qalmış dayandırılıb. Yeni uçuş tarixi olaraq 1 avqust müəyyən edilib və buraxılışın canlı yayımı NASA+ platforması vasitəsilə təqdim olunacağı qeyd olunub.

Qeyd edək ki, "Crew-11" missiyası çərçivəsində ABŞ, Yaponiya və Rusiya astronavtlarının Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi planlaşdırılır.

Seçilən
18
7
metbuat.az

10Mənbələr