AZ

Pəhrizinizə çuğundur daxil etmək üçün 4 əsas səbəb

Diyetoloq Vanessa Furstenberger çuğundurun sadəliyinə baxmayaraq sağlam məhsul olduğunu söylədi.

E-saglam.az xəbər verir ki, "Terra" ilə müsahibədə o, bu məhsulu diyetinizə daxil etmək üçün dörd əsas səbəb göstərdi. 

"Çuğundur qan dövranını yaxşılaşdırır, beyni oksigenlə doyurur, məşq üçün və gün ərzində daha çox enerji verir və bağırsaqların normal fəaliyyətini dəstəkləyir", - Furstenberger izah edir.

Onun sözlərinə görə, daha yaxşı sağlamlıq əldə etmək üçün gündə bir çuğundurun yarısını yemək lazımdır. Eyni zamanda, diyetoloq qeyd etdi ki, nəcis və sidik qırmızımtıl rəng əldə edə bilər, bu normaldır.

"Həmçinin çuğundur böyrək daşlarının əmələ gəlməsinə meylli insanların pəhrizindən xaric edilməlidir", - deyə o əlavə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr