AZ

Deputat Azərbaycanın dövlət borcundan danışdı: "10 ölkədən biriyik"

"Azərbaycanda dövlət borcu, xüsusən xarici borc düzgün qaydada  tənzimlənir. Nəzərə alsaq ki, dövlətimizin xarici borcu ümumi daxili (ÜDM)  məhsula görə dünyada ən yaxşı göstəriciyə malik olan 10 ölkədən biridir".

Bu fikirləri News24.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ümumi daxili məhsul ( ÜDM ) borcunun göstəricisi birrəqəmlidir: "Bu gün Azərbaycan xarici borcunu çox qısa zamanda, hətta bir günün içində tamamilə qaytarmaq gücünə malikdir. Çünki dövlət rezervlərimizin həcmi ümumi daxili məhsulu (ÜDM)  üstələyir".

Deputat son rəqəmlər Azərbaycanın dövlət, xüsusən isə xarici borcunun ölkə üçün hər hansı bir risk yaratmadığını bildirib. O qeyd edib ki, ölkə başçısının  dediyi kimi, növbəti dövrlərdə də dövlət borcunun qaytarılması istiqamətində optimallaşmanın aparılması prioritet məsələ olacaq:

"Daxili borclanma vasitəsilə bütövlükdə bir sıra sektor, o cümlədən aqrar bazarı stimullaşdırılmadan ibarətdir. Çünki daxili borclanma milli valyutadadır. Ona görə də, hər bir ölkə daxili borclanmaya getməkdə maraqlıdır".

Xarici və dövlət borcundakı rəqəmlər pozitivdir və Azərbaycan üçün hər hansı bir risk formalaşdırmır - deyə millət vəkili sonda qeyd edib.

Xeyrənsə Piriyeva

Seçilən
25
1
news24.az

2Mənbələr