Belarus Ukrayna ilə sərhəddə yerləşən Homel vilayətində yeni xüsusi təyinatlı hərbi briqadanın formalaşdırılmasına başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Belarus Respublikasının Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Vadim Denisanko məlumat verib.
Komandanın sözlərinə görə, bu qərar məhz ölkənin cənub sərhədinin möhkəmləndirilməsi məqsədilə verilib: “Hazırda bu istiqamət ən narahatedici sahədir və bizi daim ayıq saxlayır”, – deyə Denisanko bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az