
“Apple” analitiklərin həm gəlir, həm də mənfəətlə bağlı proqnozlarını üstələyərək, 2025-ci ilin üçüncü rübü üçün maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “MacRumors” portalı məlumat yayıb.
Məlumata görə, “Apple” CEO-su Tim Kuk rübün gözləniləndən daha yaxşı olduğunu, illik gəlirin 10% artaraq, 90 milyard dollara çatdığını və səhm başına gəlirin 12% artdığını bildirib.
Eyni zamanda, “iPhone” satışları 13% artaraq 44,6 milyard dollara, “Mac” satışları 15% artaraq, 8 milyard dolara çatıb.
“App Store” da daxil olmaqla xidmətlərdən əldə edilən gəlir isə 13% artaraq 27,4 milyard dolar təşkil edib.
Buna baxmayaraq, “iPad” kateqoriyasında 8% (6,6 milyard dollar), qurğu və aksesuar kateqoriyasında isə 9% (7,4 milyard dollar) azalma müşahidə olunub.
Rübün simvolik hadisələrindən biri də şirkətin yeni mərhələyə çatması və üç milyardıncı “iPhone”unu satması olub.
Tim Kuk bu nəticəni “iPhone 16”ya yüksək tələbatla əlaqələndirib. Onun sözlərinə görə, “iPhone 16” satış dinamikasında əvvəlki modeli xeyli ötüb.