"Bavariya"nın qapıçısı Sven Ulreyx ağır itki ilə üzləşib.
QOL.az xəbər verir ki, onun 6 yaşlı oğlu Len uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Ulreyx bu barədə sosial şəbəkə hesabında paylaşım edib: "Oğlumuz Lenin uzun və ağır xəstəlikdən sonra bir neçə həftə əvvəl dünyasını dəyişdiyini böyük kədər hissi ilə bildiririk. İndi qızımızla birlikdə tədricən normal həyata qayıtmağa çalışırıq".
Qeyd edək ki, Ulreyx 2021-ci ildən "Bavariya"da çıxış edir.