AZ

Qolunu itirən 4 yaşlı Əhməd aclıq və ağrılarla mübarizə aparır

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrailin Qəzzaya raket hücumu nəticəsində 4 yaşlı Əhməd Advan sol qolunu itirib və Şifa Xəstəxanasında ağır vəziyyətdə müalicə alır.

Bakıvaxtı.az xəbər verir ki, balaca Əhməd blokada səbəbindən yaranan aclıq və yarasının ağrısı ilə mübarizə aparır.

Ailəsi ilə birlikdə evləri dağıldıqdan sonra Qahirə məktəbinə sığınan Əhməd, hücum anında məktəb həyətində dostları ilə oynayırmış.

Anası Um Əhməd oğlunun aclıqdan əziyyət çəkdiyini və onu bir anlıq diqqətini yayındırmaq üçün məktəbə göndərdiyini deyib.

Qeyd edək ki, İsrailin hücumları nəticəsində həmin gün 12 fələstinli həyatını itirib, sərhədlərin bağlanması isə humanitar böhranı daha da dərinləşdirib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
bakivaxti.az

1Mənbələr