“Neftçi” bu gün Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Kiprdən AEL ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla 16:00) start götürəcək. Matç Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.
Bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.