AZ

Ağıllı tərəzi ailə dağıtdı

ABŞ-da bir qadın ağıllı tərəzidə qeydə alınan məlumatlardan həyat yoldaşının onu aldatdığını öyrənib.

Publika.az xəbər verir ki, qadın sosial media hesabında paylaşdığı bir yazıda tərəzinin səhər saatlarında iki dəfə 54 kiloqramdan artıq çəki qeydə aldığını, həmin saatda isə evdə olmadığını bildirib.

Əvvəllər də xəyanətlə üzləşdiyini deyən qadın, bu dəfə də vəziyyətdən şübhələnib. Cütlük boşanma prosesində olsa da, qarşılıqlı razılaşma ilə üçüncü şəxslərin münasibətə daxil olmaması qərarı verilibmiş.

Sosial şəbəkələrdə hadisə geniş müzakirələrə səbəb olub. Bəziləri çəkinin texniki səbəblərlə əlaqəli ola biləcəyini desə də, çoxları qadının şübhələrini əsaslı sayıb.

Seçilən
11
2
publika.az

3Mənbələr