AZ

Tibb sahəsində YENİLİK: Elektron reseptlərə keçid bizə nə verə bilər? 

Elektron resept sisteminə tam keçid prosesi ləng gedir. Həkimlər hələ də kağız reseptdən istifadə edirlər.


Ötən ilin yanvar ayının 1-dən etibarən ölkədə reseptlərin elektron qaydada yazılması nəzərdə tutulmuşdu. Bu qərar xəstələrin məlumatlarının mərkəzləşdirilmiş sistemdə toplanmasını, reseptlərin düzgünlüyü və şəffaflığını təmin etməyi hədəfləyirdi. Lakin bir çox tibb müəssisələrində hələ də reseptlərin kağız formada verildiyi müşahidə edilir.


Bu qərar həm vətəndaşlar, həm də həkimlər üçün hansısa çətinliklər yarada bilərmi? Müsbət tərəfləri nə ola bilər?


Tanınmış həkim, professor Adil Qeybulla Referans-a açıqlamasında bunun haqda danışıb.




“Elektron resept sistemi dünyada da tətbiq olunur, lakin bununla yanaşı yazılı reseptlər də mövcuddur. Düşünürəm ki, elektron reseptlər müxtəlif qeydiyyatda olan dərmanlara – psixotrop dərmanlara, “A” şkafında olan dərmanlara və icbari tibbi sığorta paketində olan dərmanlara xüsusilə aiddir. Qalan situasiyalarda isə elektron resept o qədər də vacib deyil”.


Professor qeyd bildirib ki, elektron reseptlərin effektiv olması üçün səhiyyə sistem şəklini almalıdır. Azərbaycanın bütün ərazisində dərmanların dövriyə sisteminə və klinik protokollara əməl edilməsi və digər məsələlərə nəzarət üçün bir sistem mövcud olmalıdır. Əks halda elektron reseptlər məhz sperodik xarakter daşıyır.


“Bu üsulla yenə də dərman dövriyəsi ilə bağlı icbari tibbi sığortaya nəzarəti tam olaraq həyata keçirmək mümkün olmayacaq. Bu baxımdan da elektron resept sistemindən qabaq infrastrukturu qurmalıyıq. Necə ki, icbari tibbi sığorta start götürdükdə randevu sistei qurulmadı, vaxtında hesablamalar aparılmadı, elektron resept sistemi də tətbiq olunduqda eyni cür olacaq”.

 

Fidan Vəlisoy

 

Seçilən
18
referans.az

1Mənbələr