AZ

Apple gözləntiləri üstələdi: iPhone satışları rekorda çatdı, gəlirlər artdı

Apple

Apple 2025-ci maliyyə ilinin üçüncü rübü üzrə maliyyə hesabatını yayımlayıb və bu hesabatda həm gəlir, həm də mənfəət baxımından analitiklərin gözləntilərini üstələyib. Bu barədə MacRumors portalı məlumat yayıb.Apple şirkətinin rəhbəri Tim Kukun sözlərinə görə, bu rüb “gözləniləndən daha yaxşı” olub: şirkətin illik müqayisədə gəliri 10% artaraq 90 milyard dollara çatıb, hər səhmə düşən mənfəət isə 12% yüksəlib.iPhone satışları da 13% artaraq 44,6 milyard dollara yüksəlib. Mac kompüterlərinin satışı isə 15% artımla 8 milyard dollar olub. Servis gəlirləri (abunəliklər, bulud xidmətləri və App Store daxil olmaqla) isə 13% artaraq 27,4 milyard dollara çatıb.Bununla belə, iPad satışlarında 6,6 milyard dollara qədər (–8%) və geyilə bilən cihazlar ilə aksesuarlar kateqoriyasında 7,4 milyard dollar (–9%) azalma müşahidə edilib.Rübün simvolik hadisələrindən biri isə Apple-ın 3 milyardıncı iPhone modelini satması olub. Tim Kuk bu uğuru iPhone 16-ya olan güclü tələbatla əlaqələndirib. Onun sözlərinə görə, bu model əvvəlki versiyadan daha yaxşı satış dinamikası göstərib.Bundan əlavə, Apple rəhbərliyi Siri səsli köməkçisinin inkişafı ilə bağlı planlarını da bölüşüb. Kuk Siri layihəsinə “əhəmiyyətli sərmayə artımı”nı təsdiqləyib və bu investisiyanın məqsədi süni intellekt əsaslı yeni funksiyaların inteqrasiyası və köməkçinin daha fərdi şəkildə işləməsini təmin etməkdir.Sentyabrda Apple öz illik təqdimatını keçirəcək və həmin tədbirdə iPhone 17-nin təqdimatı gözlənilir. Ulusum.az

Diqqət Çəkənlər

Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

İsti havanın beynə gözlənilməz təhlükəsi açıqlandı

Nyu-Yorkda faciəvi hücum: Həlak olan polis əməkdaşına ehtiramla vida - VİDEO

Seçilən
6
ulusum.az

1Mənbələr