“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib.
Mia.az-ın məlumatına görə, “Yeni nəsil: tənqid+” adlı yeni layihə “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.
“Nəsr”də “Həmin işıqlı günlər” hekayəsi ilə Cavid Zeynallı, “Pələng” hekayəsi ilə Ülviyyə Heydərovadır.
“Tərcümə saatı”nda Seyfəddin Hüseynli Andrey Volosun “Çulışman” əsərini təqdim edir.
“Dərgidə kitab”da “Bir daha himnimiz haqqında” (1-ci yazı) yazısıyla Kamil Şahverdidir.
“Dərgidə sərgi”nin qonağı Naqiyə Rzayevadır.