Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
İspaniyada üç siyasətçi son 10 gün ərzində tərcümeyi-hallarında ali təhsil barədə yanlış və ya saxta məlumat verdikləri üzə çıxdıqdan sonra istefa verib.
Qaynarinfo xəbər verir ki, 23 iyul tarixində mühafizəkar Xalq Partiyasının deputatı Noeliya Nunyes parlamentə təhsilinə dair düzgün olmayan məlumat təqdim etdiyini etiraf edərək istefa verdiyini açıqlayıb.
31 iyulda hökumətin daşqınlardan sonra bərpa üzrə komissar vəzifəsini icra edən Xose Mariya Anxel istefa verib. İddialara görə, o, Valensiya əyalətində işlədiyi dövrdə saxta diplomdan istifadə edərək karyerasında sürətli yüksəlişə nail olub.
1 avqustda isə Ekstremadura hökumətinin departament rəhbəri İqnasio İgero de Xuan istefa verib. Araşdırma aparan jurnalistlər müəyyən ediblər ki, o, 1993-cü ildə marketinq üzrə magistr təhsilini başa vurduğunu iddia edib. Halbuki İspaniya həmin dövrdə hələ Boloniya təhsil sisteminə qoşulmamışdı (ölkə bu sistemə yalnız 1999-cu ildə daxil olub), buna görə də həmin vaxt magistr dərəcəsi almaq mümkün deyildi.
Qeyd edək ki, bundan əvvəl bir neçə texnologiya startapının rəhbərləri də saxta tərcümeyi-hal təqdim edən hindistanlı bir proqramçının bir neçə yerdə eyni vaxtda işləməyə çalışdığını və heç birində özünü doğrultmadığını açıqlamışdı.
Aydın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.