AZ

ATƏT in Minsk Qrupu mənasını tam itirib

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ATƏT Dağlıq Qarabağda uğursuzluğa düçar oldu“.

AzPost bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossisyskaya qazeta”da dərc olunmuş Helsinki Yekun Aktının 50 illiyinə həs olunan məqaləsində yazıb.

Lavrov qeyd edib ki, Minsk Qrupu tərəfləri dialoqa gətirə bilmədi: “Minsk Qrupu münaqişə tərəfləri arasında dialoqa şərait yarada bilmədi. Onun qərbdən olan iştirakçıları Rusiya ilə qarşılıqlı fəaliyyətdən geri çəkildikdən sonra Minsk Qrupu bütün mənasını tamamilə itirdi”-deyə Lavrov yazıb.

XİN başçısı bildirib ki, bütövlükdə Avrasiyada da münaqişə potensialı artır. “Bəzi alim və ekspertlər qarşıda onillik, hətta bütöv bir müharibə erası olduğunu deyirlər. Bizə ən azı konsensusun yaradılması məqsədi ilə BMT Nizamnaməsinin möhkəm təməli, qitəmizdə vəziyyəti normallaşdırmaq yollarını tapmaq üçün açıq dialoq lazımdır”.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
3
azpost.info

4Mənbələr