Xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl-Səud ilə telefon danışığı aparıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, diplomatik mənbələrdən verilən məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb.
Görüş zamanı Qəzzadakı vəziyyət müzakirə olunub. BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə çərçivəsində Fələstin Dövlətinin tanınması istiqamətində atılacaq mümkün addımlar da müzakirə edilib.
Suriyadakı mövcud vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.
QAZİLER.AZ