BAKI, 1 avqust. TELEQRAF
Yeni Klinikanın direktoru Barat Yusubov orqanlarını bağışlayıb.
Teleqraf xəbər verir ki, klinika rəhbəri bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
"Bu gün bəlkə də həyatımın ən önəmli qərarını verdim: bütün orqanlarımı bağışladım. İnanılmaz sevincliyəm, çünki ölümümlə kimlərəsə həyat bəxş edəcəm", - paylaşımda qeyd edilib.