Xəbər verdiyimiz kimi, amerikalı müğənni Castin Timberleykə Laym xəstəliyi diaqnozu qoyuldub. Bu, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda insanların narahatlığına səbəb olub. Ölkəmizdə də konsert proqramı ilə çıxış edən məşhurun xəstəliyinin yoluxucu olması ilə bağlı müəyyən qorxular yaranıb.
Laym xəstəliyi nədir? İnsanlar buna necə yoluxur?
Globalinfo.az-a danışan infeksionist İbrahim Rufullayev deyib ki, Laym xəstəliyinin törədicisi “Borrelia burgdorferi” adlı bakteriyadır:
“Bu xəstəlik gənə kimi parazitlərin dişləməsi nəticəsində yayılır və adətən torpaqla təmasda olan insanlarda daha çox rast gəlinir. Laym xəstəliyi Avropada və ABŞ-da geniş yayılıb. Gənənin dişlədiyi yerdə kənarı haşiyəli qırmızı ləkə yaranır. Bu infeksiya hava yolu, yaxud təmas əsasında ötürülmür. Yəni, həmin bakteriyanı daşıyan gənə dişləməsindən əlavə, bu xəstəliyin başqa bir yoluxma yolu yoxdur. Konsertdə iştirak edən şəxslərin birbaşa yoluxması mümkün deyil”.
İnfeksionist Nahid Kərimli qeyd edib ki, xəstəlik 3 mərhələdən ibarətdir:
“Başlanğıcda insanda baş ağrıları, halsızlıq və əzələ oynaq ağrıları kimi sadə kliniki əlamətlər olur. Bir neçə həftədən sonra başlayan ikinci mərhələdə sinir və ürək sistemi zədələnir, hətta üz sinirinin iflicinə qədər apara bilir. Sonuncu addımda isə problemlər aylar, illər sonra görünməyə başlayır. Bu dövrdə bud-çanaq və diz oynaqlarında ağrılar kəskinləşdir. Xəstəliyin müalicəsi antibiotiklərlə aparılır. Vaxtında və düzgün aparılan müalicə nəticəsində labarotor sağalma əldə etmək mümkündür”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta