AZ

Əsədə dost xəyanəti: Ankaranın adamı prosesi başlatdı İran hədəfdə

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Suriyanın SANA agentliyi ölkənin xarici işlər naziri Əsəd əş-Şeybani ilə Rusiya Prezidenti Vladimir Putin arasında Kremldə görüş keçirildiyini yazıb. Şeybani daha öncə həm rusiyalı həmkarı Sergey Lavrov, həm də müdafiə naziri Andrey Belousov ilə də bir araya gəlmişdi.

Suriyanın keçmiş hökuməti ilə yaxın əlaqələri olan və devrilmiş lider Bəşər Əsədi himayə edən Kreml rəhbərliyinin bu istiqamətdə fəallığı xüsusi diqqət çəkir.

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Əsədin devrilməsi yalnız daha geniş bir kontekstin fraqmenti kimi gündəmə gələ bilər:

“Çünki bu məsələ hazırda Suriya-Rusiya münasibətlərində həlledici yer tutmur və ümumiyyətlə müzakirə olunmaya da bilər. Rusiya uzun illər onunla sıx əməkdaşlıq edən və siyasi baxımdan arxasında dayandığı bir lideri asanlıqla güzəştə gedəcək tərəf deyil. Lakin iki ölkə arasında müzakirə olunmalı daha vacib məsələlər mövcuddur.

Suriya ərazisində böyük güclərin toqquşması getdikcə daha da açıq şəkildə müşahidə olunur və etnik mənsubiyyətlər əsasında ölkənin yenidən qurulması ideyası gündəmdədir. Belə bir vəziyyətdə Rusiyanın loyallığını qorumaq Suriya üçün strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Dəməşq üçün İranın bölgədəki rolunu və gələcək mövqeyini Rusiyanın vasitəsilə öyrənmək vacibdir”.

Həmçinin oxuyun:

Elmar Məmmədyarov Rusiya agentidir? Sabiq nazir danışdı – EKSKLÜZİV

Füzuli Qurbanov

Politoloq bildirib ki, hazırkı şəraitdə Suriyada Türkiyənin təsiri də danılmazdır:

“Bu təsir o qədər güclüdür ki, ölkənin təhlükəsizliyi artıq Ankara üçün bilavasitə məsuliyyət sahəsi kimi qəbul edilir. Eyni zamanda həm Türkiyə, həm də Azərbaycan Suriyaya humanitar yardım göstərir. Avqustun 2-dən etibarən Azərbaycanın Türkiyə üzərindən Suriyaya təbii qaz nəqlinə başlaması isə sadəcə iqtisadi addım deyil, həm də enerji sahəsində yeni mərhələnin başlanğıcıdır.

Görünən odur ki, Dəməşq Moskva ilə təmaslarını bu məsələlərin koordinasiyasında Rusiyanın neytrallığını təmin etmək, həm də ehtimal olunan narazılığın qarşısını almaq məqsədilə intensivləşdirib”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
globalinfo.az

1Mənbələr