AZ

ABŞ səfiri ETİRAF ETDİ: İsrailin Suriyadakı hərəkətləri...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin Suriyadakı hərəkətləri vəziyyəti çətinləşdirir və sabitləşmə prosesinə töhfə vermir”.

Globalinfo.az bildirir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak deyib.

Barakın sözlərinə görə, Vaşinqton Suriyada sabitliyə nail olmaq üçün səylərini davam etdirir və həm ölkənin hakimiyyət orqanları, həm də qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə fəal əməkdaşlıq aparır.

“İsrailin hərəkətləri sabitləşməyə kömək etmir. Təl-Əviv özünü İranın təsirindən qorumağa çalışır və bu, başa düşüləndir. Ancaq Suriya İsraillə müharibə istəmir. Fikrimcə, İsrail də diqqətini Suriyaya yönəltməyib. Sadəcə onlar özləri ilə İran arasında etibarlı tərəfdaşlardan ibarət “təmiz zona” yaratmaq niyyətindədirlər. İsrailə İran üzərində vizual nəzarət lazımdır ki, heç kim onlara müdaxilə etməsin.”

ABŞ-ın xüsusi nümayəndəsi Türkiyənin Suriyada təhlükəsizliyin və sabitliyinin təmin edilməsində mühüm rolunu xüsusi vurğulayıb.

“Türkiyə inanılmaz dərəcədə dəstək olur. Suriya hökuməti də inanılmaz dərəcədə əməkdaşlıq nümayiş etdirir. Lakin proses ləng gedir. Təxminən 10 milyon suriyalı evlərinə qayıtmaq istəyir. Hazırda Türkiyə ilə Suriya hökumətinin nəzarətində olan ərazilər arasında bir növ bufer zonası formalaşıb. Həmçinin druzların yaşadığı bölgədə bufer zonası yaradılıb. ABŞ Suriya daxilində təhlükəsizlik balansını nəzərə alır və bütün tərəflərlə təmasları davam etdirir”, – Barak vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
1
globalinfo.az

2Mənbələr