Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya müharibəyə son qoymaq üçün maraqlı təklif verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkədəki hesabında paylaşım edib.
Belə ki, Zelenski Rusiyadan bunun üçün liderlər səviyyəsində görüşün baş tutmasını istəyib.
Zelenski Trampın Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün səylər göstərdiyini ifadə edərək "Biz prezident Trampın Rusiya müharibəsini və onun bütün cinayətlərini sona çatdırmaq, şərəfli və davamlı sülh əldə etmək səylərini görür və dəstəkləyirik” - deyib.
Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra cari hadisələrlə bağlı açıqlama verib.
Rusiya-Ukrayna danışıqlarını dəyərləndirən Putin "Danışıqlara hər zaman ehtiyac var. Danışıqlar vacibdir". - deyə münasibət bildirib.
Putin Rusiya ilə Ukrayna arasında aparılan danışıqların və əsir mübadiləsinin nəticələrinə müsbət baxdığını, işçi qrupların yaradılması təklifinə Ukraynanın ilkin reaksiyasının da müsbət olduğunu bildirib.
Putin bəyan edib ki, Ukraynada uzunmüddətli sülhün bərqərar olması üçün lazımi addımlar vaxt məhdudiyyəti olmadan müzakirə edilməlidir. O, danışıqlarla bağlı bütün məyusluqların həddindən artıq gözləntilərdən qaynaqlandığını vurğulayaraq bu addımın əsas məqsədinin Ukraynadakı böhranın səbəblərini aradan qaldırmaq və Rusiyanın təhlükəsizliyini təmin etmək olduğunu qeyd edib.
Mikayıl
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.