525.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Dövlət Departamenti bəzi fələstinli rəsmiləri sanksiya siyahısına saldığını və onlara viza verilməyəcəyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Departamentin Konqresə göndərdiyi bildirişdə, Fələstin Azadlıq Təşkilatı (FAT) və Fələstin İdarəsinin (Fİ) 1989 və 2002-ci illərdə verdiyi öhdəliklərə əməl etmədiyi qeyd olunub.
ABŞ Dövlət Departamenti, bəzi fələstinli rəsmilərin “regional sülhü təhlükəyə atan” addımlar atdığını, İsraillə münaqişəni Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) kimi qurumlar vasitəsilə beynəlmiləlləşdirməyə çalışdıqlarını və“terrorizmi dəstəklədiklərini əsas gətirərək bu qərarı verdiklərini bildirib.
Bu çərçivədə, ABŞ hökuməti adıçəkilən fələstinli rəsmilərə viza verilməyəcəyini elan edib.
Ləman İlkin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.