AZ

Bakıda xanım təlimçi qəza törətdi Zərərçəkmişi aldadıb hadisə yerindən qaçdı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın Mətbuat prospektiylə Mikayıl Müşfiq küçəsinin kəsişməsində qayda pozan sürücü qəzaya səbəb olub.

Xoşagəlməz halla bağlı zərərçəkmiş Avtosfer.az-ın “İnstagram” adresinə videomaterial göndərib. Hadisə avqustun 1-də saat 12:48 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 10-SY-207 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobilin sürücüsü iki zolağın ortasıyla gedərək digər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Qayda pozan qadın sürücü bununla da kifayətlənməyib. O, sol zolaqdakı avtomobilə əhəmiyyət vermədən dairəyə daxil olub və bu vaxt görüntünü qeydə alan sürücünün maşınını vurub.

Zərərçəkmişin sözlərinə görə, sürücülük təlimçisi olan qadın məsələni öz aralarında həll edərək  DYP əməkdaşlarının hadisə yerinə çağırmamasını ondan istəyib. Ardınca sürücüyə tələsdiyini bildirən təlimçi nömrəsini ona verərək zəng etməsini və vurduğu zərəri qarşılacağını söyləyərək hadisə yerini tərk edib. Lakin qadın verdiyi sözü tutmayıb. Belə ki, təlimçi onunla əlaqə saxlayan sürücüyə ödəniş etməyəcəyini və dəymiş maddi ziyanı sığorta ilə həll etməsini bildirib. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
avtosfer.az

1Mənbələr