AZ

Castin Timberleyk bu xəstəlikdən əziyyət çəkdiyini etiraf etdi

Dünya şöhrətli müğənni Castin Timberleyk bir müddətdir Laym xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Far.Az-in məlumatına görə, bu barədə sənətçi şəxsi "Instagram" hesabında paylaşım edib.

Müğənni bildirib ki, xəstəlik diaqnozunu əvvəlcə gizli saxlamaq istəsə də, yanlış anlaşılmaların qarşısını almaq üçün bu barədə danışmağa qərar verib:

"Bu barədə danışmaq istəmirdim. Amma səhnədə niyə sinir ağrıları çəkdiyimi və bədənimin niyə bu qədər tükəndiyini indi başa düşürəm. Turu dayandırmaqla davam etmək arasında seçim qarşısında qaldım. Səhnənin mənə verdiyi enerji hər şeyə dəyər."

Sənətçi bu mübarizənin həm fiziki, həm də zehni baxımdan çətin olduğunu vurğulayıb və yaşadığı çətinlikləri pərəstişkarları ilə bölüşməyin daha doğru olduğunu düşündüyünü qeyd edib.

Qeyd edək ki, Laym xəstəliyi - gənələrin yoluxdurduğu bakterial infeksiyadır və sinir sistemi, dəri, oynaqlar, ürək-damar sisteminə təsir göstərə bilər.

Seçilən
71
far.az

1Mənbələr