BAKI, TurkicWorld
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdurrəhman Əl Tani ilə telefon danışığı aparıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Qəzza zolağında atəşkəsin təmin olunması ilə bağlı səylər müzakirə edilib.
Xatırladaq ki, Hakan Fidanın Əl Tanin ilə bundan əvvəlki telfon danışığı mayın 29-da baş tutmuşdu. Telefon danışığı zamanı Qəzza və Suriyadakı vəziyyət, habelə regional gərginliklərin təsiri müzakirə olunmuşdu.