Uruqvaylı müdafiəçi Santyaqo Mourinyo “Vilyarreal”a keçib.
Rekord.az xəbər verir ki, “sarılar” 23 yaşlı futbolçunun transferi üçün “Atletiko”ya 10 milyon avro ödəyib.
Mourinyo “Vilyarreal”la müddəti 2030-cu ilə qədər olan müqavilə imzalayıb. O, son mövsümdə “Alaves”də çıxış edib və La Liqada 25 oyun keçirərək, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfer maraqlı sxemlə baş tutub. Belə ki, “Atletiko” əvvəlcə Mourinyonu “Alaves”dən 4 milyon avroya geri alıb, daha sonra isə dərhal “Vilyarreal”a satıb.