AZ

Türk Hava Yolları bəzi çamadanlara yasaq qoydu


Türk Hava Yolları (“Turkish Airlines”) ayrılmayan batareyaları olan “ağıllı çamadanların” daşınmasına qadağa qoyub. Bu cür çamadanlar nə baqajda, nə də təyyarə salonunda daşına bilməyəcək.

News24.az medianews.az-a istinadla xəbər verir ki, qərar təhlükəsizlik tələbləri ilə bağlıdır. Bu yaxınlarda İstanbul-Seul reysi zamanı bir sərnişinin xarici akkumulyatoru oturacaqlar arasına düşüb və ekipaj onu çıxara bilmədiyindən təyyarə havaya qalxdıqdan sonra geri – uçuş hava limanına dönməyə məcbur olub.

Bu kimi hadisələr səbəbindən Türkiyə Mülki Aviasiya Baş İdarəsi inteqrasiya olunmuş batareyaları olan çamadanlardan istifadəyə qadağa qoyulmasını tövsiyə edib.

Bundan sonra “ağıllı çamadanlar” yalnız batareya çıxarıla bilən və uçuş zamanı çıxarılmış halda olduqda daşına bilər.


Seçilən
71
1
news24.az

2Mənbələr