Ağdam şəhərində ikinci yaşayış kompleksinin tikintisi yüksək tempdə aparılır. Artıq 4-cü yaşayış kompleksində də inşaat işlərinə başlanılıb.
Xezerxeber.az xəbər verir ki, Böyük Qayıdışın 1-ci Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş Ağdam, Füzuli və Xocavənd rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə aparılır.
Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa tikinti və idarəetmə xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, Füzuli şəhərində ilk yaşayış kompleksində artıq 823 ailə məskunlaşıb. İlin sonuna qədər burada yeni bir yaşayış kompleksinin inşasına başlanacaq. Eyni zamanda Xocavənd rayonunda da bərpa işləri ardıcıl şəkildə davam etdirilir.
Beləliklə, 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə minimum 20 min əhalinin qayıdışı planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.