AZ

Klublarımızın avrokubok gəliri: kim nə qədər qazanacaq?

Idmanxeber.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cari mövsüm avrokuboklarda çıxış edən komandalarımızın UEFA-dan alacağı təxmini məbləğ bəlli olub.

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” yarışa II təsnifat mərhələsindən qoşulub. Burada  “Şelburn”u məğlub edən komanda III tura yüksəlib.

UEFA-nın qaydalarına görə, ÇL-də təsnifat mərhələsində qalib gələnlər növbəti tura keçmək hüququ əldə edir, pul qazanmır.

Ancaq komanda sona qədər irəliləyib qruplara düşərsə, bu zaman artıq 15,6 milyon mükafat əldə edir. Mübarizəni pley-offda dayandıran klublar isə UEFA-dan 5 milyon avro qazanır.

ÇL-dən Avropa Liqası və ya Konfrans Liqasına düşən komandalar müvafiq qaydada UEFA-dan mükafatlarını alırlar.

Mövsümə Avropa Liqasında start verən “Sabah” klubu isə turnirin I təsnifat mərhələsində iştirak etdiyi üçün 150 min avro mükafat alacaq. Burada “Çelye” səddini keçə bilməyən paytaxt təmsilçisi yoluna Konfrans Liqasının II təsnifatından davam edib. Bu mərhələdə iştirakın mükafatı isə 350 min avrodur.

“Petrokub”u turnirdən uzaqlaşdıran təmsilçimiz əlavə olaraq büdcəsini 550 min avro da artırıb. Ümumən “Sabah”ın cari mövsüm avrokuboklardan əldə etdiyi qazanc hələlik 1 milyon 50 min avro civarındadır. Əgər “bayquşlar” yoluna uğurla davam etsə, UEFA tərəfindən daha yüksək mükafat əldə edəcək.

Konfrans Liqasının II turundan mübarizəyə qoşulan “Araz Naxçıvan” isə bu mərhələdə iştirak etdiyi üçün 350 min, III tura vəsiqə qazandığına görə isə əlavə 550 min avro qazanıb.

Turnirdə mübarizəni dayandıran “Zirə” isə yalnız II mərhələdə iştirak haqqı olan 350 min avro ilə kifayətlənməli olub.

İdmanxeber.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
idmanxeber.az

2Mənbələr