AZ

Cokoviç və Formula-1 ulduzları Fransa klubuna yatırım edir

Serbiyalı tanınmış tennisçi, 24 dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olmuş Novak Cokoviç Fransanın “Le Man” futbol klubunun investorları siyahısına daxil olacaq.

90deqiqe.Az-ın "L'Équipe"yə istinadən məlumatına görə, sabiq dünya birincisi “Le Man” klubuna 80 milyon dollar investisiya yatırmağı planlaşdıran “Outfield” fondunun tərkibində yer alacaq. Fondun digər iştirakçıları arasında keçmiş Formula 1 pilotları Felipe Massa və Kevin Maqnussen də var.

Hazırda “Le Man” Fransa Liqa 2-də çıxış edir.

2025 mövsümündə Novak Cokoviç üç “Böyük Dəbilqə” turnirində yarımfinala yüksəlib. O, Fransa Açıq çempionatında və Uimbldonda dünya birincisi, italiyalı Yannick Sinnerə, Avstraliya Açıq turnirində isə Aleksandr Zvereva məğlub olub.

Seçilən
17
90deqiqe.az

1Mənbələr