AZ

“Çelsi” onu da icarəyə göndərdi

“Çelsi” müdafiəçisi Mamadou Sarr kayerasını Fransada davam etdirəcək.

 90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 19 yaşlı futbolçu 2025/2026 mövsümünü Liqa 1 təmsilçisi “Strasburq”da icarə əsasında keçirəcək.

Maraqlıdır ki, fransız oyunçu bu ilin iyun ayında elə “Strasburq”dan “Çelsi”yə transfer olunmuşdu. London klubu gənc müdafiəçinin keçidi üçün 14 milyon avro ödəyib.

Sarr yaxın zamanda “Çelsi” ilə Klublararası Dünya Çempionatında iştirak edib, lakin yalnız bir oyunun son dəqiqələrində meydana çıxıb. İndi isə o, yenidən əvvəlki klubuna – “Strasburq”a dönür.

 

Seçilən
21
90deqiqe.az

1Mənbələr