AZ

Mingəçevirdə maşın piyadanı vuraraq öldürdü

Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə az öncə Heydər Əliyev prospektində Sənaye Parkının önündə baş verib. Belə ki, "Opel" markalı maşın yolu keçmək istəyən qadın piyadanı vurub və qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov

Seçilən
19
unikal.az

1Mənbələr