AZ

Paşinyan Polis Qvardiyasını SİLAHLANDIRIR


Ermənistanda Polis Qvardiyası BTR-80 və BRDM-2 zirehli transportyorları ilə təchiz ediləcək.

Müvafiq qərar cümə axşamı hökumətin iclasında qəbul edilib.

“Cebheinfo.az” xəbər verir ki, sənədə verilən izahatda qeyd olunduğu kimi, 24 oktyabr 2024-cü il tarixdə “Polis mühafizəsi haqqında” Qanun qəbul edilib. Ona əsasən, hərbi vəziyyət elan edilmiş ərazidə keçirilən hərbi əməliyyatlar çərçivəsində antiterror əməliyyatlarında iştirak edərkən və ya xüsusi tapşırıqları yerinə yetirərkən polis mühafizəçisi, polis rəisinin əmri ilə polis orqanlarından xüsusi istifadə etmək hüququna malikdir. Qanunla nəzərdə tutulmuş səlahiyyətlərin lazımi şəkildə həyata keçirilməsini təmin etmək üçün siyahı hökumət tərəfindən müəyyən edilir. Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Polis Mühafizəsi polis qoşunlarının, Baş Dövlət Polisinin Mühafizə İdarəsinin və xüsusi təyinatlı polis hissələrinin bazasında yaradılıb. Mühafizə polis rəisinin ümumi rəhbərliyi altındadır. O, mülki idarəetmə və parlamentin nəzarəti altında fəaliyyət göstərəcək. Beləliklə, polis sferasının əsasını dörd əsas struktur - Patrul Xidməti, Kriminal Polis, Bələdiyyə Polisi və Polis Mühafizəsi təşkil edəcək.

Bu xəbər Ermənistanda siyasi qardurmanın getdikcə silahlı qarşıdurmaya keçmə ehtimalını gündəmə gətirib. Br çoxu yeni qanunu Paşinyan hökumətinin məhz daxili silahlı qarşdurmaya hazırlığı kimi dəyərləndirir. 


Seçilən
95
2
news24.az

3Mənbələr