AZ

Dolların kəskin bahalaşmasının SƏBƏBİ BİLİNDİ

“Dolların məzənnəsinin kəskin artmasına bazar iştirakçılarının azlığı səbəb olub”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa brokeri “Mind Money”nin baş direktoruYuliya Xandoşko deyib.

O bildirib ki, iyulun sonunda dolların məzənnəsinin kəskin yüksəlməsi valyuta bazarının çox cılız olması və onun iştirakçısının azlığı ilə bağlıdır.

Qeyd olunur ki, iyulun 29-da Rusiya Bankı Avropa və Amerika valyutalarının rəsmi məzənnələrini kəskin artıraraq müvafiq olaraq 95 və 82,22 rubla çatdırıb. Günün birinci yarısında birjadankənar ticarətdə qeyd olunan həddə çatan avro 1,79 rubl, dollar isə 2,64 bahalaşıb.

“Valyuta bazarı çox incədir. Bu gün bazarda çox az iştirakçı var. Ona görə də istənilən, hətta kiçik alış və ya satış rublun bir neçə faiz ucuzlaşmasına gətirib çıxarır. Avqust da bazar iştirakçılarının əhval-ruhiyyəsi baxımından çətin aydır və bu, rublun məzənnəsi üçün istisna deyil”, – Xandoşko vurğulayıb./globalinfo.az/

Seçilən
55
2
turkustan.az

3Mənbələr