AZ

Böyük gəmilər sunami xəbərdarlığından sonra niyə limanları tərk edir?

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyada baş vermiş 8,8 bal gücündə zəlzələdən sonra Sakit okeana çıxışı olan ölkələrdə ciddi sunami təşvişi yaşanıb. Dalğalar Havay adalarına qədər çatmasa da, tropik adanı ziyarət edən nəhəng kruiz gəmiləri sunaminin yaxınlaşmasını gözləmədən limanlardan tələsik uzaqlaşıblar. Bəs bu qərarın arxasında hansı səbəblər dayanır?

Qaynarinfo xəbər verir ki, sunami dalğaları açıq dənizdə, yəni dərin sularda gəmilər üçün ciddi təhlükə yaratmır. 40-50 metr və daha dərin bölgələrdə dalğalar geniş bir şəkildə yayılır və bu zaman onların hündürlüyü azalır. Təcrübəli kapitanlar gəmini bu dalğaların üzərindən idarə etməklə təhlükəsiz şəkildə yönləndirə bilirlər.

Əksinə, limanlar, körfəzlər və dayaz sular sunami dalğalarının enerjisini sıx şəkildə cəmlədiyi yerlərdir. Dalğalar burada yüksələrək dağıdıcı güc qazanır və gəmilər üçün alabora olma və ya sürüklənmə riski yaradır. Bu səbəbdən də sunami xəbərdarlığı zamanı limanda qalmaq gəmilər üçün daha təhlükəlidir.

Dənizçilik üzrə mütəxəssislər sunami xəbərdarlığı verildikdə aşağıdakı çağırışı edirlər: "Əgər dənizdəsinizsə, üzən və sualtı qalıqlardan, güclü axıntılardan uzaq durmaq üçün sığ sulara, limanlara, marinalara və giriş körfəzlərinə girməyin".

Yəni təhlükə anında ən düzgün qərar - gəmini minimum 50 metr dərinliyə qədər açıq dənizə çıxarmaqdır. Beləliklə, kruiz gəmilərinin limanları tərk etməsi, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün atılan qabaqlayıcı və zəruri bir addımdır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
qaynarinfo.az

1Mənbələr