AZ

Avropa siyasətçilərinin bəziləri absurd bəyanatlar səsləndirir ki, Azərbaycandan qaz idxalına son qoyulmalıdır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Enerji təhlükəsizliyi bu gün elə zəruri amilə çevrilib ki, milli təhlükəsizliyin ən başlıca komponentlərindən biri səviyyəsinə qədər yüksəlib. Avropa İttifaqının Rusiya ilə münasibətləri fonunda alternativ enerji təchizatçısına ehtiyac yarandı. Lakin əsas məqam təchizatçı deyil, etibarlı tərəfdaş məsələsi idi. Çünki qoca qitə bir daha eyni sərt imtahanla sınanmaq istəmirdi. Bu baxımdan Azərbaycan etibarlı tərəfdaş olması faktını özü illərlə yerinə yetirdiyi öhdəliklərlə sübuta etdi. Bu sual ətrafında vurğulanmalı bir digər vacib məsələ odur ki, Azərbaycan enerji resurslarından heç bir mənada alət kimi istifadə etməyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına qeyd edib ki, Prezident İlham Əliyev uğurumuzun kökündə dayanan amilin enerji və siyasətin bir-birindən ayrı olması haqda fikrini daim vurğulayıb.

Azər Badamov

Deputat qeyd edib ki, zaman-zaman Avropa siyasətçilərinin bəzilərindən son dərəcə absurd bəyanatlar səsləndirilir ki, Azərbaycandan qaz idxalına son qoyulmalıdır.

“Müqavilə imzalanarkən tərəflərin götürdüyü öhdəliklər olur. Bu baxımdan, ən sadə dillə ifadə etsək, kimin ağlına nə gəlir, öz ağlı kəsən məqamda müqaviləyə xitam verilmək kimi bir komfort olmur. Alan və satan tərəfin ayrı-ayrılıqda məsuliyyəti olur, habelə bu məsuliyyət müqavilənin pozulduğu halda da daşınılır. Qarşı tərəf Azərbaycanı bu və ya digər hansısa aktorun təbii yanacaqlarından imtina etmək səylərində əsas tərəfdaş kimi görə bilər. Lakin Azərbaycanın mövqeyi ondan ibarətdir ki, öz qaz ixrac bazarını şaxələndirir. Cənab Prezident İlham Əliyev də bildirmişdi ki, Avropada liderlər arasında cənab Borel, madam Metsola kimi populist insanlar var”-deyən deputat bildirib ki, Avropa rəsmiləri göründüyü kimi heç nəyi də, heç kimi də istisna etmirlər və ağıllarına əsəndə deyirlər də, edirlər də.

Deputatın fikrincə, “siyasi məhbus” və ya “problemləri etiraf edərək” deyəndə hansı məhbus və problemdən söhbət gedir ki, bunlar sırf Azərbaycanı və onun uğurlarını gözü götürməyənlərin uydurmalarıdır.

“Görünür, müxalifətin sözü qurtarıb. Söz qurtaranda da “dalay-dalay”a başlayıblar. “BBC Azərbaycanca”nın Azərbaycan əleyhinə geniş material dərci isə axırıncı deyil. Lakin görünür ki, bu nəşr haqqında ölçü götürülən media resurslarından biri kimi axarıncı olacaq”-deyə Azər Badamov bildirib.

Qeyd edək ki, “BBC Azərbaycanca” Azərbaycan əleyhinə geniş material dərc edib. Orada deyilir ki, guya enerji maraqlarına görə Avropa İttifaqı Azərbaycanda “siyasi həbslərə göz yumur”. Məqalədə habelə qeyd olunur ki, Azərbaycan və Avropa ölkələri arasında münasibətlərdə yeni mərhələ 2022-ci ilin iyulunda, Avropa Komissiyasının sədri Ursula von der Leyen Azərbaycanı “Rusiya təbii yanacaqlarından imtina etmək səylərində əsas tərəfdaş” elan etdikdən sonra başlayıb.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
icma.az

1Mənbələr