47 yaşlı fəhlə işlədiyi binadan yıxılaraq ölüb.
Xezerxeebr.az xəbər verir ki, hadisə Abşeron rayonunda baş verib. Binanın tikintisində işləyən Vüqar Cəfərov ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Lakin fəhlənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.