AZ

Kadırov boğulma xəbərindən sonra görüntülərini paylaşdı - VİDEO

Çeçenistan lideri Ramzan Kadırov Türkiyədə tətildə olarkən dənizdə boğulması ilə bağlı yayılan xəbərlərdən sonra videosunu paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülər siyasətçinin “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

Kadırov videoya “Yüngül səhər məşqi. Fasilədən sonra biz tədricən idmana qayıtmalıyıq”, - yazıb.

Qeyd edək ki, R. Kadırov bir neçə gün öncə Bodrumda tətildə olarkən dənizdə boğulma təhlükəsi ilə üzləşib.

"Cebheinfo.az"

 

 

Seçilən
9
3
cebheinfo.az

10Mənbələr