AZ

“Bir gün MLS-də oynaya bilərəm”

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, norveçli ulduz ABŞ və Kanada klublarının iştirak etdiyi MLS-də (Major League Soccer) bir gün çıxış edə biləcəyini istisna etməyib.

“Gələcəyin nə gətirəcəyini heç kim bilə bilməz. Messinin hazırda etdikləri inanılmazdır. Bekhemin vaxtilə bu liqada etdikləri də heyrətamiz idi”, – deyə Haaland bildirib.

Qeyd edək ki, futbolçu bu ilin yanvarında “şəhərlilər”lə yeni müqavilə imzalayıb və 2034-cü ilə qədər klubda qalacaq.

MLS tarixində Tyeri Anri, Kaka, Frenk Lempard, Ueyn Runi kimi əfsanəvi futbolçular da çıxış edib. Hazırda bu liqada Lionel Messi “İnter Mayami” klubunun formasını geyinir. Klubun sahiblərindən biri isə Devid Bekhemdir.

Seçilən
30
90deqiqe.az

1Mənbələr