AZ

Sağ əlin verdiyini sol əl niyə bilir?

Köhnə paltarları ehtiyacı olanlara vermək bir çoxumuzun etdiyi hərəkətdir. Lakin bu, sadəcə əşyaların təhvil verilməsi deyil, həm də insanlara hörmət və ehtiram göstərmək deməkdir. Yardım edərkən qarşı tərəfin hisslərini nəzərə almaq, onların qürurunu zədələməmək vacibdir.

Bəs insanlara yaxşılıq etmək istərkən "yaman olmamaq" üçün nə etməliyik? 

Gundem.az xəbər verir ki, bir çox hallarda insanlar köhnə paltarlarını birbaşa ehtiyacı olan ailəyə çatdırır və düşünürlər ki, bu, ən doğru yoludur. Lakin belə yanaşma bəzən qarşı tərəfdə narahatlıq və hətta qürur zədələnməsi yarada bilər. İmkanları məhdud olsa belə, hər kəsin öz şəxsi hörməti və seçimləri vardır. Yardım edilən şəxsin bu yardımı qəbul edib-etməyəcəyini əvvəlcədən öyrənmək, qarşılıqlı hörmət və anlaşmanın yaranmasına kömək edir.

Psixoloqların fikrincə, bəzən yardım alan insanlar təşəkkür etsələr də, daxildə narahatlıq və qısqanclıq hissi keçirə bilərlər. Buna görə, yardım etməyin ən incə yolu köhnə paltarları etibarlı və tanınmış xeyriyyə təşkilatlarına verməkdir. Belə təşkilatlar isə ehtiyacı olan ailələrə maddi və mənəvi dəstəyi diqqətlə və hörmətlə çatdırırlar, yardımın kimdən gəldiyini açıqlamadan.

Digər hal isə bəzi insanların sosial imkanı zəif şəxslərə sanki kömək edirmiş kimi reklam etməsidir. Həmin kompaniya altında o kömək sosial şəbəkələrdə yayılır. Burda bəzən azyaşlıların üz simaları da düşür. Bu düşüncəsiz addım cəmiyyətdə haqlı yerə qınanılır. Adətən belə videolar yardım adı altında reytinq xatirinə olur. Necə deyərlər, sağ əlin verdiyini sol əl bilməməlidir. 

Məşhur yazıçı Lev Tolstoyun dediyi kimi: "Yaxşı iş gör, amma bunu gizlincə et." Yardım edərkən məhz bu prinsipə əməl etmək, həm ehtiyacı olanların, həm də yardım edənlərin hisslərini qorumağa imkan verir.

Digər yardım kompaniyası ilə dələduzluq xarakteri daşıyır. Burda isə müəyyən təşkilatlar və ya fərq insanlardan digər şəxslərə kömək adı ilə pul yığaraq dələduzluq edir. Yəni birbaşa olaraq ya pulu çatdırmır, ya da tam hissəsin çatdırmır. Bu kimi hadisələrin dəfələrlə baş verməsi insanlarda güvənsizlik yaradır. 

Bu səbəbdən yardım etmək istəyərkən daha diqqətli olsaq, nə qəlb qırarıq, nə də niyyətimiz yanlış anlaşılar. /Milli.Az

Seçilən
20
2
gundem.az

3Mənbələr