AZ

Qəzzada 18 mindən çox uşaq həlak olub

“Müharibə başlayandan bu yana Qəzzada 18 mindən çox uşaq həlak olub və bu gündə orta hesabla 28 uşaq deməkdir”.

"Unikal" report-a istinadən xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktorunun müavini Ted Çayban bildirib.

İsrail, Qəzza və İordan çayının Qərb sahilinə səfər etdiyini deyən UNICEF rəsmisi vurğulayıb ki, Qəzzada kütləvi aclıq təhlükəsi var:

“Qəzzada uşaqların vəziyyəti kritik həddə çatıb, uşaqlar acdır, qorxur və ağır travma yaşayırlar. Belə ki, 320 mindən çox uşaq kəskin qidalanma çatışmazlığı riski altındadır”.

Seçilən
40
5
unikal.az

5Mənbələr